| | Üretsiz Blog oluştur

salam lar

Kral Hakan Şükür

UEFA-dan maraqlı qərar

     
 
  Futbol   
 

UEFA-dan maraqlı qərar


UEFA-dan maraqlı qərar

 


 
   
  UEFA-dan maraqlı qərar Futbol   
UEFA Abramoviç və ərəb şeyxlərinə yerlərini göstərdi

UEFA İcraiyyə Komitəsi bundan öncə Peşəkar Futbol üzrə Strateji Şura, Avropa Klubları Assosiasiyası və klublararası yarışlar üzrə UEFA Komitəsinin dəstəklədiyi “Fair Play” maliyyə konsepsiyasını təsdiqləyib.qitə futbol qurumunun rəsmi saytındakı məlumata görə, bundan sonra hər hansı klubun qazandığından çox xərcləməsinə qadağa qoyulub.

Yeni qərar 2012-2013-cü il mövsümündən qüvvəyə minəcək. Nəticədə klubların varlı sahibləri şəxsi vəsaitlərini öz komandalarını maliyyələşdirmək, o cümlədən, yeni oyunçular almaqdan məhrum olacaqlar.

İngiltərənin aparıcı şərhçiləri bu qərarı inqilab kimi dəyərləndiriblər. UEFA prezidenti Mişel Platini isə klubları sıxmaq yox, onlara kömək etmək məqsədi güddüklərini açıqlayıb: “Vəsaitlə yaşamaq həmişə qanun olub. Amma bu qanun son illər bir sıra komandalar üçün deyil. Avropanın hər iki klubundan biri pul itirir və bu tendensiya güclənir. Biz bunun qarşısını almalıyıq”.

Konsepsiyanın əsas məqsədi maliyyə ədalətliliyini artırmaq və qitə klublarını uzunmüddətli perspektiv üçün sabitləşdirməkdən ibarətdir. Pul dövriyyələri konkret müddətdə müəyyən limiti keçən klublar gəlirlərini xərcləri ilə bərabərləşdirməli olacaqlar. Eyni zamanda, klublar əmək haqqı səviyyəsi və transfer xərcləri üzrə rəhbərliklə təmin olunacaqlar. Klublar, həmçinin öz üzərilərinə götürdükləri bütün maliyyə öhdəliklərini yerinə yetirməlidirlər. Qaydaların yerinə yetirilməsini xüsusi olaraq yaradılan müstəqil klubların maliyyə nəzarəti üzrə İşçi Qrup diqqətdə saxlayacaq. İşçi Qrupa Belçikanın sabiq baş naziri Jan-Lük Dexane rəhbərlik edəcək. Klublar burada maliyyə hesabatları üzrə bölmə açacaqlar. Qrup tərkibindəki maliyyə ekspertləri və hüquqşünaslar UEFA lisenziyalaşdırma sisteminin lazımi səviyyədə yerinə yetirildiyinə əmin olmaq üçün auditor yoxlamaları keçirəcəklər.

Qeyd edək ki, bu qərar klubları öz cibləri ilə idarə edən Roman Abramoviç, ərəb şeyxləri və digər milyarderlərin qarşısını almaqda təsirli vasitə rolunu oynayacaq.


GALATASARAY LEVADIA MACI FULL HD